EN

“Stop” nişanına məhəl qoymayanlar qəzaya düşdü; ölən var VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Yol hərəkət qaydalarına riayət etməyən iki motosikletli ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Stavropol bölgəsində baş verən hadisənin görüntüləri kameraya düşüb.

Belə ki, iki motosiklet sürücüsü “Stop” nişanının tələbələrinə məhəl qoymayaraq yol kəsişməsində hərəkətdə olan yük maşını ilə toqquşub. Zərbənin təsirindən iki motosikletli və bir sərnişin bir neçə metrə sürükləniblər.

Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, daha iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
avtosfer.az

1Sources