EN

“Yeni oyunçular komandaya uyğunlaşır"

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunda “Börnli”yə qarşı (1:0) qazanılan oyundan sonra komandanın yeni üzvləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, misirli forvard bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu gün güclü rəqibə qarşı oynadıq. Xəttlər arasında oynamağa çalışırdıq, amma qələbə çətin əldə olundu. Nəticədə qalib gəldiyimiz üçün şadam.

Yeni oyunçular komandamızın sisteminə uyğunlaşır. Start heyətində bir neçə yeni üzvümüz var idi və onları oyuna daxil etmək üçün vaxt lazımdır. Biz çalışırıq ki, onlar oyunda özlərini rahat hiss etsinlər. Alex [Isak] keçən həftə komandaya qoşuldu və tezliklə komandada oynayacaq. Biz balansı qorumağa çalışırıq.

Heç vaxt təslim olmuruq, sadəcə maksimum səylə oynamağa çalışırıq”

Qeyd edək ki, isveçli futbolçu “Nyukasl”dan “qırmızılar”a keçib və keçid dəyəri 125 milyon funt sterlinq (€145 mln) təşkil edib.

Chosen
35
90deqiqe.az

1Sources