EN

Körfəz ölkələri birgə müdafiəni gücləndirmək barədə razılığa gəliblər

BAKI, 15 sentyabr. TELEQRAF

Körfəz ölkələri İsrailin Həmas rəhbərliyinin Dohadakı iqamətgahına endirdiyi zərbədən sonra birgə müdafiə mexanizmini gücləndirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının liderlərinin bəyanatında deyilir.

"Liderlər Birgə Müdafiə Şurasına Ali Hərbi Komitənin iclasından əvvəl Dohada fövqəladə iclas keçirməyi tapşırıblar. İclasın məqsədi İsrailin Qətərə təcavüzü fonunda üzv dövlətlərin müdafiə hazırlığının səviyyəsini qiymətləndirmək və təhdid mənbələrini müəyyən etməkdir. Birləşmiş Hərbi Komandanlığa döyüş qabiliyyətinin gücləndirilməsi üçün lazımi tədbirlərin görülməsi tapşırılıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 15-də Dohada Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının İsrailin Dohaya hücumuna həsr olunmuş fövqəladə sammiti keçirilib. Yekun bəyanatda toplantı iştirakçıları İsrailin hücumuna cavab vermək üçün Qətərin atdığı bütün addımları dəstəkləyəcəklərini vurğulayıblar.

Chosen
51
teleqraf.com

1Sources