EN

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı


Azərbaycan güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 92 kilo çəki dərəcəsində çıxış edən idmançı üçüncü yarış günündə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.
Rəqibini 5:1 hesabı ilə məğlub edən idmançımız bürünc medal qazanıb.
Chosen
35
yeniavaz.com

1Sources