EN

Abidal ölümü ilə bağlı şayiələrə reaksiya verib

“Barselona”nın sabiq futbolçusu Erik Abidal sosial mediada onun ölümünə dair yayılan əsassız xəbərlərə reaksiya verib.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Bəzi söz-söhbətlər olmamalıdır. Mən buradayam, ailəmlə birgə — hər şey qaydasındadır. Hörmət əsasdır. Mən sağ və sağlamam. Dəstəyiniz üçün təşəkkür edirəm. Gəlin həqiqətən vacib olan şeylərə fokuslanaq”, —deyə, futbolçu qeyd edib.

Qeyd edək ki, 2011-ci ildə Abidaldan bədxassəli şiş aşkar edilib və ona qaraciyər transplantasiyası əməliyyatı edilib. “Barselona” üçün 193 matçda çıxış edən fransız futbolçu 2 qol vurub və 10 məhsuldar ötürmə edib. 11 sentyabrda Erik Abidal 46 yaşını qeyd edib.

Chosen
33
90deqiqe.az

1Sources