EN

Britaniya Tayfun qırıcılarını “Şərq Keşikçiləri” əməliyyatına göndərəcək

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus Tayfun (Eurofighter Typhoon) qırıcıları NATO-nun şərq cinah hava məkanını qorumaq üçün “Şərq Keşikçiləri” əməliyyatında iştirak edəcək.

APA xəbər verir ki, bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Linkolnşir qraflığındakı Koningsbi hərbi bazasında yerləşən qırıcıların yaxın günlərdə öz missiyalarına başlaması gözlənilir.

Nazirlik təyyarələrin əməliyyatda Danimarka, Fransa və Almaniya qırıcıları ilə birlikdə iştirak edəcəyini bildirib.

Chosen
27
2
apa.az

3Sources