EN

Red Bull 2026 mövsümü üçün pilot heyətini açıqlayıb

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Red Bull" rəhbərliyi əsas komanda və onun törəmə şirkəti "Racing Bulls" üçün 2026-cı il mövsümü üçün pilot heyətini yekunlaşdırmağa yaxındır.

İdman.biz Auto bu barədə "Motor und Sport"a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, fransalı pilot İsak Hacar "Red Bull"a transfer olunacaq və dördqat dünya çempionu Maks Ferstappenlə duet yaradacaq.

"Racing Bulls", "Kampos" üçün Formula 2-də yarışan 18 yaşlı britaniyalı pilot Arvid Lindbladın debütünü gözləyir. Komanda onun yoldaşının Yuki Tsunoda, yoxsa Liam Louson olacağına hələ qərar verməyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
icma.az

2Sources