EN

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Bakı. Trend:

Azərbaycan hökuməti 2026-cı ildə ölkədə illik inflyasiyanın 4,8% təşkil edəcəyini proqnozlaşdırır.

Trend bu barədəMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Proqnozu İqtisadiyyat Nazirliyi cari ilin ötən dövründə faktikiinflyasiya səviyyəsini, dünya üzrə əmtəə, o cümlədən ərzaqqiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinətəsirini, nominal effektiv məzənnə indeksinin dinamikasını vəməzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərintənzimlənən tariflərinin dəyişməsinin təsirlərini nəzərə alaraqhazırlayıb. Nazirlik 2025-ci ildə ölkədə illik inflyasiyanın 5,4 %olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilinyanvar-avqust aylarında istehlak qiymətləri 2024-cü ilin eyni dövrüilə müqayisədə 5,6 %, avqust ayında ötən ilin eyni ayına nisbətən4,9 %, bu ilin iyul ayına nisbətən 0,4 % artıb.

Chosen
63
4
az.trend.az

5Sources