EN

Tramp Venesueladan olan üç narkokartel üzvünün məhv edildiyini bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Venesueladan olan üç narkokartel üzvünün beynəlxalq sularda məhv edildiyini bildirib.
Oxu.Az bildirir ki, bu barədə o, "Truth Social" platformasında məlumat verib.
Trampın sözlərinə görə, amerikalı hərbçilər ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasında son dərəcə amansız narkokartel üzvlərinə zərbə endiriblər, nəticədə, üç narkotacir məhv edilib.
"Zərbə beynəlxalq sularda Venesueladan olan narkotacirlərin ABŞ-yə qanunsuz olaraq narkotik vasitələri daşıdığı bir vaxtda baş verib".
O əlavə edib ki, narkotik kartelinin üzvləri ABŞ-nin milli təhlükəsizliyinə, eləcə də ölkənin xarici siyasət maraqlarına təhdid yaradır.
Chosen
31
oxu.az

1Sources