EN

“Kızılcık Şerbeti”nin ssenaristi saxlanıldı

Musavat.com xəbər verir ki, Türkiyədə “Kızılcık Şerbeti” serialının ssenaristi Merve Göntəm sosial şəbəkədə işlədiyi ifadələrə görə Anadolu Respublika Baş Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılıb.

Məlumata görə, Göntəm bu axşam evində polis tərəfindən saxlanılıb və emniyyətdəki ilkin prosedurlardan sonra məhkəməyə göndərilməsi gözlənilir.

Qeyd olunur ki, Göntəmin keçmişdə sosial media hesabında universitetli gənc qızlara qarşı qeyri-əxlaqi davranışları tərifləyən ifadələri böyük ictimai narazılıq doğurmuşdu. O, bir müsahibəsində gənc qızların iqtisadi çətinliklər səbəbilə fərqli yollara yönəldiyini demişdi.

Bundan əlavə, “Kızılcık Şerbeti” serialı ilə bağlı da ayrıca araşdırma başladılıb. Yeni mövsümdə yayımlanan qadağan olunmuş eşq səhnələri böyük etirazlara səbəb olub və RTÜK serialla bağlı araşdırmaya başlayıb.

 

Musavatcom

Screenshot_2.png

Chosen
26
14
musavat.com

10Sources