EN

Rubinyandan Türkiyə ilə görüş barədə mühüm açıqlama

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə baş tuta bilər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

"Bizim altıncı görüşümüz bu yaxınlarda baş tutub. Bundan əvvəl biz bütün görüşləri üçüncü ölkələrdə keçirmişik, bir görüş də sərhəddə. Sonuncu görüş İrəvanda baş tutub. Bu, simvolik mənada müsbət haldır", - o qeyd edib.

Qeyd edək ki, görüşün tarixi hələ müəyyən edilməyib.

Chosen
24
1
axar.az

2Sources