EN

Emin Əmrullayev: Diplomu verən müəssisə məsuliyyət daşıyır

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, ən azından minimal bal toplasın".

Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.

"Ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs müəllimlərin işə qəbulu (MİQ) imtahanında minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox? Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil", - deyə nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
oxu.az

2Sources