BAKI, 16 sentyabr. TELEQRAF
Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon manat ayrılması proqnozlaşdırılır.
Teleqraf bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Beləliklə, sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 11,7 % olacaq.
Sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 % çox olacaq.