EN

Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 11 %-dən çox artırılacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Gələn il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 553,6 manat ayrılması proqnozlaşdırılır.

Teleqraf bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərin büdcədə xüsusi çəkisi 8,6 % olacaq.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2025-ci illə müqayisədə 361,6 milyon manat, yaxud 11,3 % çox olacaq.

Chosen
51
2
teleqraf.com

3Sources