EN

Azərbaycanda gələn il ÜDM artımı hansı səviyyədə olacaq?

Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.

Publika.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2 %, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8 % təşkil edəcəyi proqnozlaşdırılır.

Chosen
10
3
publika.az

4Sources