BAKI, 16 sentyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (SAXAL) hazırda təyyarələr, artilleriya və pilotsuz uçuş aparatları (PUA) ilə Qəzza şəhərinə zərbələr endirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” Fələstin KİV-lərinə istinadən məlumat yayıb.
Məlumata görə, hücumlar səsi uzaqdan eşidilə bilən böyük partlayışlarla müşayiət olunur.