EN

İsrail Qəzzanı ələ keçirmək məqsədilə genişmiqyaslı hücuma başladı

İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb.

Məlumata görə, İsrail qüvvələrinin həyata keçirdiyi quru hücumu 15 sentyabrda başlayıb.

"Axios" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası "İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq".

Portalın mənbələri bildiriblər ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatı dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib.

Netanyahu 8 sentyabrda bəyan etmişdi ki, İsrail ordusu yaxın günlərdə Qəzzaya genişmiqyaslı hücuma başlayacaq və bu səbəbdən yerli sakinlər şəhəri dərhal tərk etməlidirlər. Daha əvvəl İsrail, Qəzza anklavında tam nəzarət qurmaq və HƏMAS-ı tam məhv etmək məqsədilə genişmiqyaslı hücum əməliyyatı planlaşdırdığını açıqlamışdı. Hücum planları avqust ayının sonunda Netanyahu tərəfindən təsdiqlənmişdi.//Report

Chosen
39
6
musavat.com

7Sources