EN

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

"Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusunun yeni klubu müəyyənləşib. Bizim.Media xəbər verir ki, qanalı vinger karyerasını İsraildə davam etdirəcək.

Ovusu "Makkabi Bney Reyneh"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kvabena Ovusunun son klubu "Ferentsvaroş" olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
7
1
bizim.media

2Sources