EN

İsrail ordusu 20 dəqiqə ərzində Qəzzaya 37 zərbə endirib

İsrail Qəzza şəhərinə 20 dəqiqə ərzində vertolyotlar da daxil olmaqla 37 zərbə endirib.

APA xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu dron və helikopterlərdən istifadə edib, həmçinin artilleriya atəşi açıb.

Portal bildirir ki, şəhər sakinləri hücuma məruz qalan ərazilərdən kütləvi şəkildə təxliyə edilir.

Qeyd edək ki, az əvvəl “Axios” portalı İsrail rəhbərliyindəki mənbəyə istinadən İsrail ordusunun sentyabrın 15-də Qəzza şəhəri üzərində nəzarəti təmin etmək məqsədi ilə hücuma başladığı haqda məlumat yaymışdı.

Chosen
28
1
apa.az

2Sources