EN

“Barsa” kiçik avtobus sifariş etdi, bu iki ulduza yer olmadı - VİDEO

La Liqanın son turunda evdə “Valensiya” ilə qarşılaşan “Barselona” rəqibini 6:0 hesabı ilə darmadağın edib.

Publika.az xəbər verir ki, kataloniyalılar bu oyunu hələ də hazır olmayan “Kamp Nou”da deyil, ehtiyat arena olan “Estadi Yohan Kroyff”da keçiriblər. O, cəmi 5,8 min tamaşaçı tutur və istisna hal kimi iştirak etməyə icazə verilib.

Matçdan sonra “Barselona”nın bir neçə futbolçusu ilə gülməli hadisə yaşanıb. Klub stadionda ləngiməmək qərarına gəlib, futbolçular orada duş belə qəbul etməyiblər. Onların hamısı arenanın yanında yerləşən komanda bazasına, “Ciutat Esportiva”ya aparılmaq üçün avtobusa miniblər. Lakin sifariş etdikləri nəqliyyat çox kiçik olduğu üçün iki futbolçuya - qolların müəllifləri Fermin Lopes və Robert Levandovskiyə yer çatmayıb.

Chosen
51
publika.az

1Sources