EN

David Ferrer hakimə: "Mənə nəsə deməyi ağlına da gətirmə!"

Dünyanın keçmiş üçüncü raketkası və İspaniya millisinin kapitanı David Ferrer, "Devis Kuboku 2025"də İspaniya və Danimarka matçı zamanı dünyanın 11-ci raketkası danimarkalı Holger Runenin hərəkətlərindən qəzəblənib.

İdman.biz bildirir ki, Ferrer ispaniyalı Pedro Martineslə qarşılaşmada Runenin davranışından narazı qalıb. Rune görüşdə 1:6, 6:4, 6:7 (3:7) hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra Holger hakimin əlini sıxmayıb.

Bundan sonra əsəbiləşən Ferrer birbaşa hakimə müraciət edib.

"Mənə qulaq as. İlk setdə o, azarkeşləri təhqir etdi, sən ona cəza vermədin. Mənə heç nə deməyi ağlına belə gətirmə! Mən səninlə ispan dilində danışıram, çünki məni gözəl başa düşürsən. O əvvəldən cəzalandırılmadı, sonra isə azarkeşləri təhqir etdi", - Ferrer deyib.

İspaniya yığması Danimarka ilə görüşdə 3:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, ilk gündən sonra danimarkalılar 2:1 hesabı ilə öndə idilər.

İdman.biz

Chosen
23
1
idman.biz

2Sources