EN

"Mançester Siti" və "Mançester Yunayted" "İnter"in müdafiəçisini transfer etmək istəyir

İnter"in müdafiəçisi Denzel Dumfries karyerasını İngiltərədə davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Football Insider" məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı niderlandlı ilə “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır. Hər iki klub növbəti transfer pəncərəsində futbolçunu transfer etmək istəyir.

Dumfries "İnter"in heyətində 181 oyun keçirib, 23 qol vurub və 26 məhsuldar ötürmə edib.

Chosen
12
operativmedia.az

1Sources