EN

Süni intellekt heç vaxt bu peşənin sahiblərini əvəz edə bilməyəcək

Alimlər hətta süni intellektin sürətli inkişafı dövründə də tarixçilərin rolunun yalnız artdığını hesab edirlər. Səbəb isə heç bir alqoritmin keçmiş hadisələrin emosional və mənəvi dərinliyini tutmağa qadir olmamasıdır.

Publika.az xəbər verir ki, bunu Kornell Universitetinin nasist Almaniyasının tarixi üzrə mütəxəssisi Yan Burzlaff deyib.

Onun tədqiqatının nəticələri "Rethinking History" jurnalında dərc olunub.

Alim tədqiqatında ChatGPT-nin 1995-ci ildə La Paz, Krakov və Konnektikutda qeydə alınmış Holokostdan sağ çıxanların ifadələrini necə təkrarladığını təhlil edib.

Məlum olub ki, süni intellekt ən vacib detalları qaçırır, xüsusilə də bu detallar emosiyalarla əlaqəlidirsə.

“Əgər süni intellekt müasir tarixdə bəşəriyyətin iztirablarını əks etdirən səhnələri belə çatdıra bilmirsə, o, daha “incə” hekayələri təhrif edəcək", - deyə Burzlaff vurğulayıb.

Chosen
29
publika.az

1Sources