EN

Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə etdi

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Görüş zamanı Kostanyan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları müzakirə edib.

Həmsöhbətlər Ermənistanın Avropaya inteqrasiyasının daha da dərinləşdirilməsi perspektivlərini və bu kontekstdə Ermənistan-Fransa əməkdaşlığının imkanlarını müzakirə ediblər. Tərəflər strateji tərəfdaşlığın yaradılmasının vacibliyini vurğulayıblar.

Həmçinin beynəlxalq və regional gündəlikdəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
5
olaylar.az

6Sources