Şuşa şəhəri, D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işlərinə 14 176 846 AZN sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, tikinti işlərini “Crystal İnşaat” ASC həyata keçirəcək.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi və ASC arasında müqavilə bağlanıb. Artıq işlərin icrasına başlanılıb.
Cabir
Tarix: 16 Sentyabr 2025, 08:16