Sea Breeze
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.BAKU.NEWS “Report”a istinadla xəbər verir ki, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur.Əlavə dəyər vergisi üzrə daxilolmaların 4 milyard 434,8 milyon manatını və yaxud 48,3 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 750 milyon manatını və yaxud 51,7%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 18 % az və 4 % çoxdur.Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.
ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX