EN

Senat Trampın adamının FED rəhbərliyinə namizədliyini təsdiqlədi

ABŞ Senatı Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının rəhbəri Stiven Miranın Federal Ehtiyat Sisteminin (FED) Rəhbərlər Şurası vəzifəsinə namizədliyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, qanunverici orqanın yuxarı palatasında səsvermə sentyabrın 15-də C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Miranın namizədliyini 48 senator dəstəkləyib, 47 senator isə əleyhinə səs verib. O, 2026-cı il yanvarın 31-dək FED-in rəhbərliyində vəzifəsini icra edəcək.

Sentyabrın əvvəlində Konqresin müvafiq Senat komitəsində keçirilən dinləmələrdə Demokratlar Partiyasının nümayəndələri Miranın öz mövqeyini nəzərə alaraq FED-də Amerika administrasiyası rəhbərinin maraqlarını təşviq edəcəyindən narahat olduqlarını bildiriblər. FED Rəhbərlər Şurasına namizədliyi ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən məsləhətçi təsdiqlənəcəyi təqdirdə Ağ Evin sahibindən müstəqil qalacağını bildirib.

Tramp dəfələrlə FED sədri Cerom Paueli faiz dərəcəsini endirməkdən imtina etdiyi üçün istefaya çağırıb. Prezident iddia edir ki, maliyyə tənzimləyicisi federal hökumət üçün borclanma xərclərini qəsdən yüksək səviyyədə saxlamağa çalışır. Ağ Ev bəyan edib ki, FED siyasi maraqları rəhbər tutur və onun Rəhbərlər Şurasında Trampa qarşı çıxanlar çoxdur.

Musavat.com

Chosen
27
1
musavat.com

2Sources