EN

Dərsi rep formasında keçən müəllimə REAKSİYA VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə bir müəllimin şagirdlərə dərsi rep formasında keçməsi geniş müzakirələrə səbəb olub. Həmin kadrlar bəziləri tərəfindən məktəb etikasına uyğun hesab edilməsə də, digərləri bunu innovativ yanaşma kimi dəyərləndirir.Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya münasibət bildirib.Ekspert açıqlamasında qeyd edib ki, müəllimin bu addımında hər hansı yanlışlıq görmür:“Hazırkı təhsilverənlər alfa və Z nəslinin maraqlarını nəzərə alaraq tədrisi aparmalıdır. Çünki müasir dövrün gəncləri gününün böyük hissəsini kompüter və planşet qarşısında keçirir. Rep üsulunda dərs demək müəllimin dərsin yadda qalması üçün atdığı bir addımdır. Əgər bu üsul təhsilverənlərə mövzunu daha asan mənimsəməyə kömək edirsə, burada problem yoxdur” - deyə o, vurğulayıb.Elçin Əfəndi əlavə edib ki, əsas məsələ dərsin məzmunudur:“Müəllim keçdiyi dərsin məzmununa diqqət yetirməlidir. Əgər dərs prosesi etik çərçivədən kənara çıxmırsa, bu üsul təhsildə faydalı ola bilər. Amma proses etikaya zidd hal alarsa, müvafiq qərarlar qəbul edilməlidir”, - deyə o bildirib.

Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
bizim.media

2Sources