EN

Azərbaycanın regionun aparıcı dövlət kimi tutduğu strateji xətt həlledici xarakter daşıyır

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın geosiyasi arenada strateji dəyişikliyə getməsi və Rusiyanı artıq özündən kənarda tutması regionun gələcəyi baxımından çox böyük dəyişikliklər vəd edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın regionun aparıcı dövləti kimi tutduğu strateji xətt həlledici xarakter daşıyır.

Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Azərbaycan artıq sadəcə regionda yox, beynəkxalq arenada yeni güc mərkəzinin aparıcı halqasına çevrilir. Azərbaycanın ABŞ-la gözlənilən strateji xartiyanın bağlanması fonunda Böyük Britaniya ilə əməkdaşlığı daha mühüm addımlardan xəbər verir:

"Azərbaycan və Böyük Britaniya artıq münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltildiyini 12 sentyabrda Böyük Britaniya XIN-in rəsmi saytında duyuruldu. Bu, hələ 44 günlük Vətən müharibəsindən sonra qeyd etdiyim "Breksitlə" Avropa İttifaqından ayrılan Böyük Britaniyanın yaratmaq istədiyi və Türkiyənin də daxil olduğu yeni güc mərkəzinin elan edilməsi deməkdir.

Çindən başlayıb Orta dəhliz vasitəsilə Orta Asiya da daxil Azərbaycan, Türkiyə, Böyük Britaniyanı əhatə edən böyük güc mərkəzi. Türkiyənin bu güc mərkəzi içərisində olduğunu bir çox Türkiyəli siyasi şərhçilərin bunu anlamaması təəssüf doğurur. Azərbaycan ABŞ-la strateji əlaqələr qurmaqda maraqlı olsa da, bunu ikitərəfli formatda yürütməkdə maraqlıdır. Böyük Britaniya ilə strateji müttəfiqlik isə Azərbaycanı güc mərkəzinin həlledici ortağına çevirir. Bu da özündə Avropanın lider ölkələri də daxil Rusiyanın Azərbaycana ehtiyatlı davranışına səbəb olur".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
icma.az

1Sources