EN

Tramp “The New York Times” qəzetini məhkəməyə verdi

BAKI, 16 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində bildirib.

ABŞ liderinin sözlərinə görə, onun üçün “The New York Times”a qarşı böhtan və nüfuzdan salma maddəsi üzrə məhkəmə iddiası qaldırmaq böyük şərəfdir. O, nəşri Demokratlar Partiyasının ruporu və ölkə tarixinin ən pis qəzetlərindən biri adlandırıb.

İddianın məbləği 15 milyard dollardır.

Ağ Ev rəhbəri nəşri 2024-ci il prezident seçkilərində rəqibi, o zaman ölkənin vitse-prezidenti olan Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə və özünə, həmçinin ailəsinə və ətrafına qarşı böhtan atmaqda ittiham edib.

Chosen
37
teleqraf.com

1Sources