EN

Tramp əmr verdi, Karib dənizində gərginlik artdı: ABŞ ordusu Venesueladan gələn daha bir qayığı vurdu, 3 ölü var (FOTO)

ain.az, Mia.az saytına istinadən bildirir.

ABŞ hərbi dəniz donanması Karib dənizində Venesueladan gələn daha bir qayığı vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, birbaşa ABŞ prezidenti Donald Trampın əmriylə həyata keçirilib.

Məlumata görə, onun əmriylə ABŞ ordusu Venesueladan narkotik daşıyan başqa gəmiyə zərbə endirib, nəticədə 3 nəfər ölüb, böyük miqdarda herion məhv edilib.

Faktı Tramp təsdiqləyib: "Sizə xəbərdarlıq edirik, əgər amerikalıları öldürəcək narkotik daşıyırsınızsa, sizi ovlayırıq".

Beynəlxalq sularda həyata keçirilən əməliyyatla bağlı Tramp daha sonra deyib: "3 kartel üzvü öldürüldü. Bu son dərəcə təhlükəli narkotik ticarəti kartelləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və həyati maraqları üçün təhdid yaradır. Bunlar bir daha bizim ölkədə baş verməyəcək"

Xatırladaq ki, ABŞ bundan əvvəl daha bir gəmini vurub.

Lamiyə Əhmədli

MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
mia.az

1Sources