EN

Bu gün Sabunçu və Xəzər rayonlarının bir hissəsində qaz olmayacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Bu gün Sabunçu və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazinin və Əli İsazadə küçəsinin, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndinin qaz təchizatında fasilə yaranacaq.

Chosen
6
44
teleqraf.com

10Sources