EN

Aİ Yunanıstanda 2400-dən çox Çin malını müsadirə edib

Avropa Dövlət Prokurorluğu Yunanıstana qeyri-qanuni gətirildiyi iddia edilən 2400-dən çox konteyner Çin malını müsadirə edib. 

Operativ Media xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, Çinin COSCO dövlət şirkətinin idarə etdiyi Yunanıstanın Pirey limanında 2435 konteyner ələ keçirilib. 

Məlumata görə, onların içərisində əsasən elektriklə işləyən velosipedlər, tekstil məmulatları və ayaqqabılar olub.

İş üzrə 6 nəfər, o cümlədən iki Yunanıstan gömrük məmuru ittiham olunub.


Şəfa Hüseynli

1Sources