EN

IGB qaz ixracı üçün yeni transsərhəd güclərin işə salınması barədə danışıb

Bakı. Trend:

Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGBşirkəti iştirakçı qaznəqliyyat sistemi operatorları ilə birlikdəiki yeni transsərhəd paket güc məhsulunun işə salınması üçünmüvafiq sənədləri Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova vəUkraynanın milli tənzimləyici orqanlarına təqdim edib.

Bu barədə Trend-insorğusuna cavab olaraq ICGB şirkətindən bildirilib.

“Hazırda operatorlar tənzimləyici təsdiqi gözləyirlər. Təqdimolunmuş sənədlərdə qeyd olunur ki, məhsulların oktyabr ayındatəklif olunması planlaşdırılır. Əgər icazə vaxtında əldə olunmasa,müddətin sonrakı aylara qədər uzadılması imkanı nəzərdənkeçirilir”, – şirkətdən bildirilib.

ICGB-də vurğulanıb ki, paralel olaraq milli tənzimləyiciorqanlarla sıx dialoq çərçivəsində məhsulların dizaynelementlərinin dəqiqləşdirilməsi və onların bazara çıxarılmasınınən səmərəli üsulu üzərində işlər davam edir.

Xatırladaq ki, ICGB Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldovavə Ukraynanın qaznəqliyyat sistemi operatorları ilə əməkdaşlıqçərçivəsində iki yeni transsərhəd paket güc məhsulunu — Route 2 vəRoute 3-ü işə salmağa hazırdır. Bu strateji qaz nəqli marşrutlarıregional enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib vəAleksandrupolis LNG terminalı və Trans Adriatik Boru Kəməri (TAP)sistemi ilə birləşmə vasitəsilə Şimali Yunanıstandan Ukraynayaəlavə birbaşa çıxış təmin edəcək.

Route 2 və Route 3 daha əvvəl elan olunmuş və “Şaquli qazdəhlizi” təşəbbüsünün bir hissəsi olan Route 1 üzrə birgə paket gücməhsulunu inkişaf etdirir. Onların əsas məqsədi qış mövsümüərəfəsində təbii qazın Ukraynanın yeraltı anbarlarına vaxtında vəiqtisadi cəhətdən səmərəli şəkildə vurulmasını təmin etməkdir.

Route 2 DESFA şəbəkəsindəki Amfitriti interkonnektorunöqtəsindən başlayır, Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB)vasitəsilə keçir və Transbalkan dəhlizi üzrə aşağıdakı marşrutuizləyir:

Amfitriti → Komotini (IGB) → Stara-Zağora → Negru-Voda 1 /Kardam → İsakça 1 / Orlovka → Kauşanı → Qrebeniki.

Route 3 ICGB-nin TAP ilə birləşdiyi nöqtədən başlayır və eynimarşrut üzrə davam edir:

Komotini (TAP-dan IGB-yə giriş) → Stara-Zağora → Negru-Voda 1 /Kardam → İsakça 1 / Orlovka → Kauşanı → Qrebeniki.

Məhsulları bazar iştirakçıları üçün daha kommersiya baxımındancəlbedici etmək məqsədilə bütün iştirakçı qaz nəqli sistemioperatorları standart aylıq tariflərdən 25 faizlik endirim tətbiqetməyə razılaşıblar. ICGB və Ukraynanın qaz nəqli sistemi operatoru(GTSOU) isə daha da irəli gedərək, hər biri 46 %-lik endirim təklifedib.

Chosen
25
2
az.trend.az

3Sources