EN

Tramp "The New York Times" qəzetini məhkəməyə verdi - 15 milyard istəyir...

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini böhtanla bağlı məhkəməyə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, Truth Social-da məlumat verib.

Amerika liderinin sözlərinə görə, "solçu Demokratik Partiyasının ruporu" və ölkənin "tarixinin ən pis qəzetlərindən" biri kimi xarakterizə etdiyi "The New York Times" qəzetinə qarşı böhtan iddiası qaldırmaq onun üçün böyük şərəfdir.

Trampın açıqlamasına görə, 15 milyard dollarlıq iddia Florida ştatında açılıb.

Ağ Ev rəhbəri bu nəşri 2024-cü il prezident seçkilərində rəqibini, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, özünə, eləcə də ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham edib.

Chosen
5
5
ucnoqta.az

10Sources