EN

Saç diblərinə qəhvə çəkin -Faydaları


Son zamanlar təbii qulluq üsullarına maraq artmaqdadır.

Kimyəvi əsaslı məhsullar əvəzinə bitki mənşəli məhlullara üstünlük verən bir çox insan saç sağlamlığı üçün qəhvənin gücündən istifadə edir.

Medicina.az xəbər verir ki, tərkibindəki kofein və antioksidantlar sayəsində qəhvə saçların daha sürətli uzanmasına kömək edir.



Baş dərisində qan dövranını artıraraq, köklərə daha güclü qidalanma təmin edir. Daimi istifadə saç tökülməsini azalda bilər və cansız saçların daha dolğun və parlaq görünməsinə kömək edir.

Bundan əlavə, qəhvənin təbii piqmentləri xüsusilə qara saçlarda daha sıx və canlı ton yaratmağa kömək edir.



Dəmlənmiş qəhvə baş dərisinə masaj edilir.

20-30 dəqiqə saxlayın, sonra bol su ilə yuyun. Həftədə bir və ya iki dəfə tətbiq etmək tövsiyə olunur.

Qəhvə baş dərisindən ölü dəri hüceyrələrini çıxarmağa kömək edir.

Aygün
Medicina.az


Chosen
31
2
medicina.az

5Sources