Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa bu gün çıxacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın qonağı olacaq.
Qarşılaşma "Eştadiu da Luş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi belçikalı FIFA referisi Erik Lambrexts olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
16 sentyabr
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts.
Lissabon, "Eştadiu da Luş" stadionu
Qeyd edək ki, Azərbaycan çempionu II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.