EN

Putin vaxt qazanmağa, Trampı aldatmağa çalışır Zelenski

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin yeni sanksiyaların tətbiqini gecikdirmək üçün Donald Trampı və ABŞ-ı aldatmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri “Skay Nyus” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Düşünürəm ki, Alyaska görüşü Putinə çox şey verib. Və inanıram ki, bu üçtərəfli görüş olsaydı, müəyyən nəticə əldə edə bilərdik", - Zelenski bildirib.

Eyni zamanda prezident əmindir ki, Putin Trampı aldatmağa çalışır.

"O (Putin – red.) sanksiyalardan qaçmaq üçün əlindən gələni edir. Əgər siz onların tətbiqini gecikdirməyə davam etsəniz, o zaman ruslar daha yaxşı hazır olacaq", - Zelenski qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
axar.az

2Sources