EN

Lüksemburq Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib

Qərarın BMT Baş Assambleyasında təsdiqlənəcəyi gözlənilir...

Poliqon xəbər verir ki, Lüksemburqun baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavyer Bettel parlament komissiyası qarşısında çıxış edərək ölkənin Fələstin dövlətini tanımaq niyyətində olduğunu açıqlayıblar. Bu barədə Politico və yerli KİV-lər məlumat yayıb.

Xəbərə görə, Fələstinin tanınmasına dair yekun qərarın sentyabr ayının sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında qəbul ediləcəyi gözlənilir. Qərar Fransanın və Belçikanın da daxil olduğu bir sıra digər Avropa ölkələri ilə razılaşdırılaraq elan ediləcək.

Beləliklə, Lüksemburq yaxın günlərdə Fələstini tanımağa hazırlaşan Qərb dövlətlərinin artmaqda olan siyahısına qoşulacaq.

Qeyd edək ki, baş nazir və xarici işlər nazirinin bəyanatı hökumətin bir neçə aylıq tərəddüdündən sonra verilib. Bu addım həmçinin Avropa liderlərinin İsrailin Qəzza zolağında apardığı müharibəni dayandırması ilə bağlı artan çağırışlarının fonunda atılıb.

Poliqon.info

Chosen
35
poliqon.info

1Sources