EN

Ankaradan Moskvaya yaxşı xəbər: Tramp bunu etməyəcək

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“ABŞ Prezidenti Donald Tramp çətin ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etsin”.

Globalinfo.az xəbər verir ki, bunu Ankara-Moskva analitik şəbəkəsinin eksperti Engin Özer “RİA Novosti”yə açıqlamasında deyib.

“Biz Trampın Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcəyini və ya Ukrayna məsələsində vasitəçi rolundan əl çəkəcəyini gözləməməliyik”, – o vurğulayıb.

Sentyabrın 13-də D.Tramp Şimali Atlantika Alyansı dövlətlərinə məktub göndərərək yazıb ki, o, Rusiya Federasiyasına qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır, lakin bunun üçün alyansın bütün üzvləri qərar verməli və faktiki olaraq Rusiya neftinin alınmasını dayandırmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources