EN

Rubio: Tramp gələn həftə Zelenski ilə Nyu Yorkda görüşə bilər

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Donald Tramp gələn həftə Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə Nyu-Yorkda görüşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, bu görüş zamanı iki lider arasında Ukrayna-Rusiya müharibəsi, hərbi və humanitar dəstək məsələləri müzakirə olunacaq.

Siyasətçinin vurğuladığına görə, Vaşinqton və Kiyev arasında dialoqun davam etməsi regionda sabitliyin qorunması baxımından vacibdir.

ABŞ administrasiyası hələlik görüşün dəqiq vaxtını və proqramını təsdiqləməyib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
83
bakivaxti.az

1Sources