EN

Nəhənglər meydana çıxır - Çempionlar Liqasında qrup oyunları başlayır


Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə start verilir. Avropanın ən güclü klub turnirində qitənin 36 komandası yarışır. Onların arasında Azərbaycan çempionu “Qarabağ” da var. Qurban Qurbanovun komandası Lissabonda “Benfika”nın qonağı olacaq.

Qeyd edək ki, Liqa mərhələsində ilk 8-i yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaq və qalib 1/8 finala yüksələcək. Mərhələni 25-36-cı yerdə tamamlayanlar Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.Bu gün turnirdə ümumən 6 oyun var. Digər matçlar isə sentyabrın 17-i və 18-də keçiriləcək.

Bugünkü oyunların təqvimi belədir:

20:45. PSV (Niderland) - “Yunion” (Belçika)

20:45. “Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə)

20:45. “Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa)

23:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)

23:00. “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)

23:00. “Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya)


Chosen
15
3
baki-xeber.com

4Sources