EN

“Tramp Putini qorxutmaq üçün kifayət qədər gücə malikdir” - Zelenski

“ABŞ Rusiya Prezidenti Vladimir Putinə daha çox təzyiq göstərməli və Moskvaya qarşı güclü sanksiyalar paketi tətbiq etməlidir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində deyib.

Ukrayna lideri ABŞ Prezidenti Donald Trampı Putini dayandırmaq üçün qətiyyətli şəxsi tədbirlər görməyə çağırıb.

"Mən ABŞ-nin müstəqil qərarlar qəbul etmək üçün kifayət qədər güclü olduğuna inanıram”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, ABŞ Rusiya iqtisadiyyatına zərər verəcək kifayət qədər sanksiyalar tətbiq edə bilər və Tramp Putini qorxutmaq üçün kifayət qədər gücə malikdir.

Daşqın HəsənovMissiya.Az

Chosen
21
1
missiya.az

2Sources