EN

Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır

Bakı. Trend:

Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının vəsaiti daxil olanüzvlük haqqından, order markasına görə ödənişdən, bu Qanunun 16-cımaddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən və qanunlaqadağan edilməyən digər mənbələrdən formalaşacaq.

16-cı maddəsinin 2-ci hissəsində bildirilib ki, vəkilin qanunpozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsiledilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddiməsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslərqarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərinsığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesabaaylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindənvurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdəməhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindənistifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının RəyasətHeyəti mülki qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta bankhesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələbetməlidir.

Mövcud qanunvericiliyə görə isə, Vəkillər Kollegiyasının vəsaitiona daxil olan üzvlük haqqından yaranır. Vəkillik fəaliyyətinin buQanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqıödənilmir.

Chosen
18
1
az.trend.az

2Sources