EN

Tramp The New York Times qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb

ABŞ prezidenti mətbu orqanı Demokrat Partiyanın “tribunası” adlandırdı...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb. O, bu barədə sosial şəbəkə Truth Social hesabında məlumat paylaşıb.

Tramp açıqlamasında “The New York Times”ı “sol-radikal Demokrat Partiyasının ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb. ABŞ lideri bildirib ki, iddia Floridada məhkəməyə təqdim olunub və həm onun, həm də ailəsinin nüfuzuna qarşı böhtan xarakterli yazılar əsas arqument kimi göstərilib.

Tramp, həmçinin, qəzetin 2024-cü il prezident seçkilərində əsas rəqibi olmuş və həmin dövrdə vitse-prezident vəzifəsini icra edən Kamala Harrisi açıq şəkildə dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, avqust ayında Tramp “Fox News Radio”ya müsahibəsində həyat yoldaşı Melaniya Trampın da keçmiş prezident Co Baydenin oğlu Hanter Baydenə qarşı 1 milyard dollarlıq böhtan iddiası qaldırmasını dəstəklədiyini açıqlamışdı.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources