EN

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Azərbaycanın 2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

“Poliqon” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında öz əksini tapıb.

Bildirilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 21% olacaq. Bu göstərici funksional təsnifat üzrə büdcə xərclərinin ən böyük hissəsini təşkil edir.

Chosen
40
poliqon.az

1Sources