EN

Vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq

Vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq.

Bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil üzvlük haqqını hər ay ödəməli, normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməli, il ərzində minimal icbari tədris saatlarını toplamalı və Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.

Peşə hazırlığı və ixtisasın artırılması üçün vəkillərin tədris tədbirlərində iştirakı da icbari olacaq. Vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

Chosen
12
6
banker.az

7Sources