EN

Könül Nurullayeva vətəndaşlarla görüşüb -Fotolar



Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Q.Qarayev prospekti 2, 33, Ə.Vəliyev küçəsi 6, 8, K.Balakişiyev küçəsi 3, 55, 57, İ.Müzəffəroğlu küçəsi 1, 3, Ə.Kürçaylı küçəsi 4, 6, 8 və M.X.Şərifli küçəsi 94B ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən məsələlər səsləndirilmişdir. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Chosen
7
6
aia.az

7Sources