EN

ÇL-də Liqa mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə start verilir.

“İki sahil” xəbər verir ki, Avropanın ən güclü klub turnirində qitənin 36 komandası yarışır. Onların arasında Azərbaycan çempionu “Qarabağ” da var. Qurban Qurbanovun komandası Lissabonda “Benfika”nın qonağı olacaq.

Həmçinin oxuyun: "Qarabağ" 8 il sonra ÇL-in əsas mərhələsinə qayıdır - Bu gün oyundur

Qeyd edək ki, Liqa mərhələsində ilk 8-i yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaq və qalib 1/8 finala yüksələcək. Mərhələni 25-36-cı yerdə tamamlayanlar Avropa kuboklarında çıxışlarını başa vuracaqlar. 

Bu gün turnirdə ümumən 6 oyun var. Digər matçlar isə sentyabrın 17-i və 18-də keçiriləcək.

Bugünkü oyunların təqvimi belədir:

20:45. PSV (Niderland) - “Yunion” (Belçika)

20:45. “Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə)

20:45. “Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa)

23:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)

23:00. “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)

23:00. “Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya)

Chosen
7
3
ikisahil.az

4Sources