Əfsanəvi futbolçu Tyerri Anri bu gün “Qarabağ”dan “Benfika”ya qarşı oyunda sürpriz nəticə gözlədiyini deyib.
Operativ Media xəbər verir kj, CBS Sports televiziya kanalında ekspert kimi çıxış edən Tyerri Anri bugünkü oyunda təmsilçimizin xal qazanacağını düşünür. O, bu fikirləri səsləndirib:
"İki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Marsel". Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm".
"Benfika" - "Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (offsideplus)